AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Viləşçay Su Anbarı Masallı rayonunda aqrar sahənin inkişafında mühüm rol oynayır - FOTO

  • + A
  • - A
  • 20-01-2022, 11:06

    Viləşçay Su Anbarı Masallı rayonunda aqrar sahənin inkişafında mühüm rol oynayır - FOTO
    Viləşçay Su Anbarı Masallı rayonunda aqrar sahənin inkişafında mühüm rol oynayır.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 19 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və başqaları Masallı rayonunun Qəriblər kəndi ərazisində Viləşçay Su Anbarının ikinci növbəsi tikintisinin lahiyələndirməsindən ötrü yerində baxış keçiriblər.

    Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin Masallı şəhərində yerləşən babidəsi ziyarət edib, önünə gül dəstələri düzüblər.

    Sonra tədbir iştirakçıları şəhərin Qəhrəmanlar parkında, şəhidlərin xatirəsinə inşa edilmiş “Şəhidlər abidə-kompleksi”ni ziyarət ediblər.

    Tanışlıq zamanı qeyd edilib ki, ölkəmizdə meliorasiya sahəsində də mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Prezident İlham Əliyevin bu sahənin inkişafına yetirdiyi diqqətin nəticəsidir ki, Azərbaycanda nəhəng su anbarları, kanallar tikilib istismara verilib və digər iri layihələr icra edilib. Bu layihələrin tam icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində də ölkədə meliorasiya və su təsərrüfatının yenilənməsi sahəsində ciddi nailiyyətlər qazanılıb. Viləşçay Su Anbarı da bu sahənin inkişafına dövlət qayğısının göstəricisidir.

    İdarənin rəisi Rusif Kərimov su anbarının planı, Viləşçay magistral suvarma kanallarının sxemi, Viləşçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verib.

    Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf etmiş və yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Aqrar sahəyə xidmət edən qurumlar sırasında meliorasiya və su təsərrüfatı xüsusilə önəmli yer tutur. Təsadüfi deyil ki, yeni qəbul olunmuş regional inkişaf proqramında bu şəbəkənin genişləndirilməsi, əkinlərin suya tələbatının tam ödənilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Viləşçay Su Anbarı İstismar İdarəsi də Masallı rayonunda aqrar sahənin inkişafında, ərzaq bolluğu yaradılmasında mühüm rol oynayır. 1986-cı ildən fəaliyyət göstərən bu idarə rayonun 10000 hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin edir. Bundan ötrü idarənin balansında ümumi həcmi 46 milyon kubmetr olan su anbarı, kəndlərdə kiçik su tutarı istillər, ümumi uzunluğu 438 kilometrdən çox olan açıq suvarma kanalları, 169 ədəd müxtəlif növ hidrotexniki qurğular, 40 kilometr uzunluğunda, 1200 millimetr diametrdə yeraltı boru kəmərləri, 5360 hektar sahədə qapalı suvarma şəbəkəsi vardır.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov Viləşçay Su Anbarı İstismar İdarəsinin yerləşdiyi Qəriblər kəndindən xəbər verir ki, sonra işçi qrupunun iclası keçirilib. İclasda səsləndirilən və Viləşçay su bəndinin ikinci hissəsinin qurulması barədə geniş fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR