AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlı rayonunda “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 25-01-2022, 23:18

    Yardımlı rayonunda “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib - FOTO

    “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Yanvarın 24-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə tədbirlər planına müvafiq olaraq “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub.

    Belə ki, tədbirdə Mərkəzin rəhbərliyi,əməkdaşları və gənc könüllülər iştirak edib.




    Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Aqil Ağayev ümummilli lider Heydər Əliyevin gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasındakı rolundan bəhs edib. A.Ağayev Heydər Əliyevin dövlətçilik fəaliyyətində gənclər siyasətinin xüsusi yerinin olmasını vurğulayıb.

    Sonra çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə dahi rəhbərin hakimiyyətinin hər iki dövründə gənclərimiz naminə həyata keçirdiyi işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Sonda gənc könüllərin fikirləri dinlənilib və xatirə fotoları çəkdirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR