AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlıda “Böyük qayıdışın başlanğıcı” adlı tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 7-12-2021, 13:40



    Yardımlıda “Böyük qayıdışın başlanğıcı” adlı tədbir təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Dekabrın 6-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində “Böyük qayıdışın başlanğıcı” adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin əməkdaşları, Ostayir kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

    İlk öncə, iştirakçılar Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra dəyirmi masa ətrafında davam edən tədbirdə ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev dahi şəxsiyyətin zəngin və şərəfli ömür yolu haqqında geniş məlumat verib. A. Ağayev məruzəsində bir sıra tarixi nüanslara toxunub. Belə ki, o, SSRİ dövründə Qarabağın dağlıq hissəsinə verilən muxtariyyət və sonrakı dövrlərdə bu ərazinin Ermənistana birləşdirilməsinə çalışan erməni siyasətçilərinin separatçı əməllərindən söz açıb, bu fəaliyyətlərin qarşısını qətiyyətlə alan vətənpərvər dövlət adamı Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.

    Daha sonra tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə ümummilli liderin milli maraqlarımızı rəhbər tutaraq iqtisadiyyat, mədəniyyət, sənaye və ictimai həyatın digər sahələrinə verdiyi misilsiz töhfələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Sonda “Heydər Əliyev və Qarabağ” sənədli filmi nümayiş olunub, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR