AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 28-01-2022, 16:53

    Mədəniyyət naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb - FOTO
    Mədəniyyət naziri Anar Kərimov yanvarın 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva ilə görüşüb.

    Azadmedia.az xəbər verir ki, qonağı salamlayan Anar Kərimov artıq 30 illiyi qeyd edilən Azərbaycan-BMT münasibətlərindən söz açıb, ölkəmizin təşkilatın bir sıra institutları ilə fəal və səmərəli əməkdaşlığını vurğulayıb.

    Birgə əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi, qarşılıqlı dəstəyin əhəmiyyətini diqqətə çatdıran nazir müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən və BMT tərəfindən dəstəklənən “Bakı Prosesi” təşəbbüsünü xatırladıb, bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbir və layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırıb.

    Görüşdə həmçinin nazir dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı və İCESCO ilə birgə elan etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışı barədə məlumat verib. Bildirilib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Eyni zamanda bu layihənin “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Dünya Mədəniyyətlərarası Dialoq Forumu ideyasının qlobal miqyasda davamını və ölkəmizin onun əsas ideyalarına sadiqliyini nümayiş etdirdiyi qeyd edilib.

    BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Vladanka Andreeva qəbula görə nazirə təşəkkürünü bildirib. BMT-nin Azərbaycanla uzun illərə söykənən ikitərəfli əlaqələrinə istinad edərək birgə əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə inandığını və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.

    Görüş Azərbaycanla BMT arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, gələcək əməkdaşlıq imkanları, yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi ilə davam edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR