AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gənclər həftəsi” çərçivəsində "Gənclik - yeni zəfərlərə doğru" mövzusunda “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsiqəsinə start verildi - Masallı

  • + A
  • - A
  • 29-01-2022, 19:23

    “Gənclər həftəsi” çərçivəsində "Gənclik - yeni zəfərlərə doğru" mövzusunda “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsiqəsinə start verildi - Masallı
    Masallıda “Gənclər həftəsi” çərçivəsində “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsinə start verilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 29 yanvar 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, ”Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə, “Gənclər həftəsi” çərçivəsində "Gənclik - yeni zəfərlərə doğru" mövzusunda “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsinə start verilib.

    Belə ki, sərginin keçirilməsində əsas məqsəd 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinin təntənəli şəkildə qeyd edilməsi, uşaqlar, yeniyetmə və gənclərin yaradıcı inkişafına təkan verilməsi, onların asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.

    Nəzərinizə çatdıraq ki, 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində "Gənclik - yeni zəfərlərə doğru" mövzusunda “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsi fevralın 1-dək davam edəcəkdir.

    Qeyd edək ki, müsabiqədə fərqlənənlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 fevral gənclər günündə diplomlarla mükafatlandırılacaq.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR