Gənclər gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək
Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Heydər Əliyev sarayının təşkilatçılığı ilə 1 fevral 2022-ci il tarixində saat 18:00-da Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral – Gənclər gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək.
Sərgi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə keçiriləcək.
Sərginin ekspozisiyasında 40 nəfərə yaxın gənc rəssamın əsəri sərgilənəcək.
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR