Məşhur “The cleaning lady” serialında Azərbaycana qarşı təxribat törədilib.
Azadmedia.az Mətbuat.az-a istinadən xəbər verir ki, ABŞ-ın FOX telekanalı tərəfindən yayımlanan serialın ilk bölümü 3 yanvar 2022-ci ildə yayımlanıb. Mövzusu mafiya və bir qadının bu mafiyaya açdığı savaşla bağlıdır.
Həmin serialın 3-cü bölümündə Azərbaycana qarşı açıq təhdid ifadə edən fikirlər səslənib. Belə ki, səhnələrdən birində açıq şəkildə Azərbaycana qarşı təhdid xarakterli mesajlar verilib.
Kadrlarda erməni lobbisinin ABŞ-dakı əsas təmsilçilərindən biri çıxış edərək oğluna səslənir. O, Qarabağı Azərbaycandan almaq üçün oğlunu erməni ordusuna göndərəcəyini deyir.
Qeyd edək ki, bu, FOX telekanalının Azərbaycana qarşı ilk qərəzli münasibəti deyil.