AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azadmedia.az xəbər agentliyinin direktoru Xəlil Xəlilov, 274 saylı məktəbin direktoru Nəriman Mürsəliyevi doğum günü münasibətilə təbrik edib

  • + A
  • - A
  • 6-02-2022, 20:42

    Azadmedia.az xəbər agentliyinin direktoru Xəlil Xəlilov, 274 saylı məktəbin direktoru Nəriman Mürsəliyevi doğum günü münasibətilə təbrik edib

    Direktor Nəriman Mürsəliyev, Azərbaycan Respublikasında təhsilin inkışafında xidmətləri olan, ölkədə nüfuz sahibi olan məktəb rəhbərlərimizdəndir. Onun direktoru olduğu 274 saylı məktəb, hər zaman öz imicini qoruyan, hər ötən il təhsil səviyyəsini artıran, istər təhsil sahəsində böyük uğurlar qazanan, istərsə də, şagirdlərinin nizam-intizamına diqqət göstərən məktəb olaraq hər zaman ölkəmizdə yüksək reytinqi ilə fərqlənmişdir.


    Bəli, bugün 274 saylı məktəbin direktoru Nəriman Mürsəliyevin doğum günüdür.

    Bu münasibətlə, Azadmedia.az xəbər agentliyinin direktoru Jurnalist Xəlil Xəlilov direktor Nəriman Mürsəliyevə sosial media hesabı üzərindən təbrik ünvanlayıb - “Gənc olsa da, hər bir şagirdi ilə fərdi şəkildə maraqlanan Nəriman müəllim rəhbərlik etdiyi kollektivi ilə də mehriban münasibətlər quran nümunəvi direktorlardandır. Oğlum 10 ildir 274 saylı məktəbdə təhsil alır. Heç vaxt müəllim-şagird, müəllim-valideyn arasında xoşagəlməz söhbətlərlə rastlaşmamışam. Bu, məktəbdə Nəriman müəllimin sayəsində sağlam mühitin olmasından xəbər verir. Həm oğlumun timsalında şagirdlərin, həm də öz timsalımda valideynlərin adından Nəriman müəllimi təbrik edir, şəxsinə can sağlığı, işində uğurlar arzu edirəm.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR