AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

  • + A
  • - A
  • 8-02-2022, 16:52

    Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 22 vəfat edib.

    07 Fevral 2022-ci il tarixində 4680 yoluxma faktı və 27 ölüm qeydə alındığı açıqlanmışdı. 05 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7704) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 126 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 652, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 204, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 37 270 nəfərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR