AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistlərin güzəştli ipoteka krediti alması ilə bağlı - Rəsmi açıqlama

  • + A
  • - A
  • 9-02-2022, 09:40

    Jurnalistlərin güzəştli ipoteka krediti alması ilə bağlı - Rəsmi açıqlama

    “Bu gün Prezident İlham Əliyev tərəfindən “Media haqqında” Qanunun təsdiq olunması, eyni zamanda, güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına dəyişiklik edilməsi barədə fərmanın imzalanması islahatların tərkib hissəsidir”.

    Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov REAL TV-yə müsahibəsində deyib.

    “Öncədən “Media haqqında” Qanunda göstərilmiş imtiyazlar məhz sosial rifahın gücləndirilməsi ilə bağlı görülən tədbirlər idi. Fərmana əsasən, artıq jurnalistlər də güzəştli kateqoriyaya daxil edildilər və digər kateqoriyadan olan şəxslərlə bərabərhüquqlu oldular.

    Güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına dəyişiklik edilməsi ilə bağlı təklif media subyektləri və jurnalistlərin özlərinin təklif və müzakirəsində olan məsələ idi və bu, islahatların tərkib hissəsinə çevrildi”, - o qeyd edib.

    Xatırladaq ki, sözgedən fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR