Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Tovuz rayonu Aşağı Quşçu kəndindən olan Kazımov Vüsal Vüqar oğlu Şuşada hərbi maşının aşması nəticəsində həlak olub.
Bu barədə Tovuz Rayon Hərbi Komissarlığından məlumat verilib.
Bildirilib ki, 2000-ci il təvəllüdlü Vüsal Kazımovun nəşi Bakının Nəsimi rayonunda yaşayan ailəsinə təhvil verilib. O, bu gün Nəsimi rayonunda torpağa tapşırılacaq.
V. Kazımovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin məzunu olduğu bildirilir.
***
Hadisə ilə bağlı Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, qəza martın 3-ü baş verib: “Hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.