AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Qarabağın incisi Şuşa”adlı rəsm müsabiqəsi keçirilib

  • + A
  • - A
  • 6-03-2022, 12:16

    Masallıda  “Qarabağın incisi Şuşa”adlı rəsm müsabiqəsi keçirilib

    “Qarabağın incisi Şuşa”
    adlı rəsm müsabiqəsi təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin birgə layihəsi “Qarabağın incisi Şuşa”adlı rəsm müsabiqəsi başa çatıb.

    Masallı rayon Heydər Əliyev Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

    Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin direktoru Fərhad Qurbanov, rəsm müsabiqəsinin münsiflər heyətinin üzvü olan rəssam Ehtiram Məmmədov, qaliblər və valideynlər iştirak ediblər.

    Tədbir başlamazdan əvvəl Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri ehtiramla yad edilib.

    Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Fərhad Qurbanov və rəssam Ehtiram Məmmədov rəsm müsabiqəsinin kifayət qədər maraqla qarşılandığını qeyd ediblər. Natiqlər müsabiqənin gənc istedadların üzə çıxarılmasındakı rolundan danışaraq gələcəkdə də bu tip müsabiqələrin və rəsm sərgilərinin mütəmadi qaydada keçirilməsinin yeni nəsil rəssamların yetişməsində əhəmiyyətli olacağını bildiriblər.

    Müsabiqədə I,II,III yerlərə layiq görülən məktəblilər “Fəxri Fərman”la təltif edilib. Sonrakı 11 yeri tutan iştirakçıya isə həvəsləndirici “Təşəkkürnamə”lər təqdim olunub.


    Qeyd edək ki, “Şuşa İli” çərçivəsində təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq, həmçinin Qarabağın döyünən ürəyi Şuşa şəhərinin bənzərsiz gözəlliklərini bədii üsullarla ictimaiyyətə təqdim etməkdir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR