AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzi və Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə "Qarabağın incisi Şuşa" adlı rəsm müsabiqəsi elan edilib

  • + A
  • - A
  • 25-01-2022, 15:32

    Masallı rayon Heydər Əliyev Mərkəzi və Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə "Qarabağın incisi Şuşa" adlı rəsm müsabiqəsi elan edilib Hörmətli Masallı rayon sakinləri!

    Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı, rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə "Qarabağın incisi Şuşa" adlı rəsm müsabiqəsi elan edilir.

    “Şuşa İli” çərçivəsində təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq, həmçinin Qarabağın döyünən ürəyi Şuşa şəhərinin bənzərsiz gözəlliklərinin bədii üsullarla ictimaiyyətə təqdim etməkdir.

    İştirak üçün son tarix: 25 fevral 2022-ci il.

    Müsabiqə şərtləri:

    - Müsabiqədə yalnız rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər;
    - İştirakçıların müsabiqəyə təqdim edəcəyi rəsm işləri minimum A3 vərəq ölçülərinə uyğun olmalıdır;
    - Müsabiqə iştirakçıları boya növü və rəsm texnikası seçimində sərbəstdir;
    - Rəsmlər yalnız əl işlərindən ibarət olmalı, rəsmlərin hazırlanması zamanı heç bir kompüter və ya digər texnoloji vasitələrin imkanlarından istifadəyə yol verilməməlidir;
    - Hər iştirakçı müsabiqəyə yalnız bir rəsm işi təqdim edə bilər.

    Müsabiqədə I, II, və III yerləri tutacaq iştirakçılar təşkilatçılar tərəfindən "Diplom"la mükafatlandırılacaqdır. Müsabiqə qaliblərinin adları Masallı rayon Heydər Əliyev Mərkəzinin rəsmi veb səhifə və sosial media hesablarında təqdim ediləcəkdir.

    Qeyd edək ki, yanvarın 25-dən fevralın 25-dək davam edəcək müsabiqədə rəsm işləri Masallı rayon Heydər Əliyev Mərkəzi və ya Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə təhvil verilməlidir.


    ?Ünvan: Masallı şəhəri, Qarabağ küçəsi 17.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR