AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident bu qanunu təsdiq ETDİ

  • + A
  • - A
  • 16-03-2022, 22:48

    Prezident bu qanunu təsdiq ETDİ

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.

    Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində 81.2-ci maddədə “75.8-ci, 75.11-ci” sözləri “75.9-75.11-ci” sözləri ilə əvəz edilir.

    Aşağıdakı məzmunda 102.4-3-cü maddə əlavə edilir:

    “102.4-3. Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR