AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 7-yə ÇATDI

  • + A
  • - A
  • 17-03-2022, 16:54

    Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 7-yə ÇATDI


    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

    Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı digər işdən maaş alırsa, onun mandatına xitam verilir. Bu baxımdan, MSK-nın bu gün keçirilən iclasında Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.

    Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.

    Bununla, parlamentdə boş qalan deputat yerlərinin sayı 7-yə çatıb.

    Qeyd edək ki, 2020-ci ilin fevralında baş tutmuş parlamentin növbədənkənar seçkilərindən sonra 4 dairə üzrə yerlər boş qalıb. Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi - (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə).

    Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov 2 il öncə dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.

    Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində polisi döyən deputat Eldəniz Səlimova 3 il 6 ay müdətinə hökm oxunub. Bununla da onun deputat səlahiyyətlərinə xitam verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR