AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda Novruz bayramı qeyd edilib - FOTO

  • + A
  • - A
  • 20-03-2022, 00:39

    Cəlilabadda Novruz bayramı qeyd edilib - FOTO

    Cəlilabadda Novruz bayramı qeyd edilib.

    Azadmedia.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib.

    Belə ki, bayram tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.

    Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əvvəlcə, Heydər Əliyev Parkında bayram tonqalını alışdırıb.

    Sonra Bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları burada xalqımızın adət-ənənələrini özündə əks etdirən rəngarəng sərgilərlə, bölgənin Novruz ənənələri və mətbəxləri ilə tanış olublar.
    Təntənəli yığıncaqda Vətən uğrunda həlak olmuş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

    Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov iştirakçıları, onların timsalında rayon sakinlərini Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan bahar təravətli Novruzun gəlişi münasibətilə təbrik edib, bütün cəlilabadlılara uzun ömür, möhkəm cansağlığı və xoş günlər arzulayıb.
    Rayon rəhbəri qeyd edib ki, Novruzun bayram edilməsi müstəqilliyimizin bizə bəxş etdiyi ən dəyərli irslərdən biridir. Əsrlərin sınağından çıxaraq xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır. Bütün dünya azərbaycanlıları bu bayramı böyük sevinc və qürur hissilə qeyd edir. Novruz şənliklərində yaranan xoş ünsiyyət insanları həm bir-biri ilə, həm də doğma torpaqla daha sıx bağlayır. Təbiətin oyanışının müjdəsini verən Novruz bayramı həyat və məişətimizə daxil olmuş, xoşbəxt gələcəyə və işıqlı sabaha inam duyğusu bəxş etmişdir. Təbiətlə insan ruhunun oyandığı gün eyni vaxta təsadüf etdiyindən xalqımız həmişə bu mübarək məqamı xüsusi məhəbbətlə qarşılamış və müqəddəs bayram ovqatı ilə qeyd etmişdir. Sovet ideologiyası uzun illər Novruz sevincini Azərbaycanın qan yaddaşından silməyə cəhd göstərsə də, buna nail ola bilməmiş, millətimiz onu “Bahar bayramı” adı ilə qoruyaraq yaşatmışdır. Bütün məhdudiyyətlərə baxmayaraq Novruz hər evdə qeyd edilmiş və nəsildən-nəslə dəyərli miras kimi ötürülmüşdür.

    Ümummilli liderimiz Heydər Əliyevin milli adət-ənənələrimizin qorunub saxlanılmasına və inkişafına göstərdiyi qayğı nəticəsində, Novruz müstəqil Azərbaycan Respublikasında hər il ən əziz bayram kimi qeyd edilir. Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin Birinci vitse-pezidenti Novruz bayramının yüksək səviyyədə keçirilməsindən ötrü bütün tədbirləri görür, onun layiqincə qeyd olunması üçün vətəndaşlarımıza hərtərəfli şərait yaradırlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmuş və mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

    Böyük mənəvi gücə malik olan, insanlar arasında səmimiyyət və saflıq duyğularını gücləndirən əziz bayram münasibətilə təşkil olunmuş tədbirdə rayonun incəsənət ustalarının, mədəniyyət və təhsil müəssisələri kollektivlərinin iştirakı ilə geniş proqramlı bayram konserti nümayiş etdirilib.

    Qeyd edək ki, xalqımızın adət-ənənələrini əks etdirən səhnələr, el nəğmələri, Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
























    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR