Zelenski: “Mariupol borbardman altında - 100min insan təxliyyə edilmək üçün gözləyir” - SON DƏQİQƏ
Mariupol Ukraynanın cənub sərhədində strateji mövqedə yerləşdiyi üçün Rusiya qüvvələrinin davamlı hücumlarının hədəfi olub.
Azadmedia.az xəbər verir ki, Bir neçə həftədir ki, şəhər demək olar ki, dayanmadan bombalanır.
Human Rights Watch-un bazar ertəsi açıqladığı hesabatda şəhər “cəsədlərlə və dağılmış binalarla dolu dondurucu cəhənnəm” kimi təsvir edilib.
Ukrayna lideri Vladimir Zelenski bildirib ki, əhalinin təxminən dörddə biri (100 min nəfər) hələ də “qeyri-insani şəraitdə” qalıb.
Gecə yarısı çıxışında Zelenski "Yemək yoxdur. Su yoxdur. Dərman yoxdur. Daim bombardman altındadır" sözləri ilə şəhər sakinlərinin dəhşətlərini diqqətə çatdırıb.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR