AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Dövlət Regional Kolleci Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksısi”nə ekskursiya edib

  • + A
  • - A
  • 31-03-2022, 09:01

    Masallı Dövlət Regional Kolleci Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksısi”nə ekskursiya edib

    Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksısi”nə ekskursiya təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubuna və Masallı Dövlət Regional Kollecinin rəhbərliyinin təşəbbüsünə əsasən bir qrup müəllim və tələbələrinin Quba şəhərində yerləşən "Soyqırımı Memorial Kompleksı"sinə ziyarəti təşkil olunub.

    Əvvəcə xatirə abidəsi önündə soyqırım qurbanları anıldı.
    Mərkəzdə soyqırımla bağlı tarixi faktlardan, şəkillərdən ibarət sərgiyə baxış keçirilib.

    Quba Soyqırımı Memorial Kompleksində bildirib ki, bu məkanın türk-müsəlman dünyasında erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəz olması və ilk Cümhuriyyət şəhidlərinin - 1918-ci ildə soyqırıma məruz qalmış günahsız insanların uyuduğu müqəddəs yerin burada yerləşməsi ilə əlaqədardır.
    Kollecin Tarix müəllimi Baba Həsənov diqqətə çatdırıb ki, 1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Həmin gün Bakı erməni-bolşevik işğalından azad edilib. 1918-ci ilin ilk möhtəşəm və tarixi hadisəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması idisə, ikincisi Bakının işğaldan azad olunması idi. Bakının azad olunması ilə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.

    Qeyd edək ki, Masallılı tələbə və müəllimlərinin qeyd olunan tarixi hadisənin 104-cü illiyi ərəfəsində ekskursiyası bu tarixi günü bir daha yada salmaq, xatırlamaq məqsədi daşıyır.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR