AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ səfiri Lənkəranda olub

  • + A
  • - A
  • 3-04-2022, 22:52

    ABŞ səfiri Lənkəranda olub

    ABŞ səfiri Lənkəranda olub.

    Azadmedia.az-ın cənub bürosu xəbər cerir ki, 01 aprel 2022-ci il tarixdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örli Litzenberger Lənkərana tanışlıq səfərinə gəlib.

    Belə ki, Səfir səfər proqramı çərçivəsində əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı ABŞ-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edən İcra başçısı rəsmi qonağa rayonun tarixi, cöğrafi mövqeyi, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə də ətraflı məlumat verib.

    Səmimi qəbula və xoş söhbətə görə İcra başçısına təşəkkür edən səfir Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək dəyərləndirib və bu siyasətin ABŞ-la Azərbaycan arasındakı əlaqələrin etibarlı partnyorluq səviyyəsinə yüksəltməyindəki rolunu xüsusi qeyd edib. Qonaq Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin bundan sonra da davam edib möhkəmlənməsinə səy göstərəcəyini bildirib.

    Sonra səfir Lənkəran Dövlət Universitetinə baş çəkərək rektor, bir qrup müəllim və tələbələrlə görüşüb, orada yeni təşkil olunan Amerika Guşəsinin, eləcə də universitetin nəzdində ABŞ-ın USAİD qeyri-hökumət təşkilatının kompüter mərkəzinin açılışında iştirak edib və açlışdan sonra səfir Bakı şəhərinə yola düşüb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR