Həmkarlarımızın Fərrux kəndi ətrafında hazırladığı materiallarda bəzən yanlış təqdimat formasının şahidi oluruq. Yazırlar ki, Fərrux işğaldan azad edildi.
Yox, ay dostlar! Fərrux işğaldan indi azad edilməyib! Fərrux - Qarabağ daxil olmaqla, bütün ərazilərimiz, o cümlədən Xankəndi, Xocalı və başqa yaşayış məntəqələrimiz işğaldan azad ediləndən bizdədir. İndi baş verənlər isə bizim həmin ərazilərə qayıdışımızdır. Aktiv döyüşlərdə azad etdiyimiz rayonlar var, bir güllə atmadan qayıtdığımız yaşayış məntəqələrimiz var, indi isə biz mövqelərin dəqiqləşdirilməsi ilə yerimizi tuturuq. O boyda Qarabağı, ətraf rayonlarımızı işğaldan azad edəndən sonra durub-durub - qara niyyətlə “Fərrux kəndi işğaldan azad edildi” kimi kənardan ilk baxışda gülməli, amma məncə, əldə etdiyimiz qələbənin mütləqliyini, bütünlüyünü şübhə altına alan qəsdən başlıqlar, tərzlər seçməyək.
Başa düşürəm, kompleksimiz var. Qələbəmizi qələbə, Ali Baş Komandanı Zelenskini mədh etdiyimiz kimi mədh etməyə bəzən kimlərdəsə mərdlik, cəsarət çatmır. Qaragüruh yaltaqları öz aləmindədir - başının tükü qaşından başlayan gödək alınlarla birlikdə. Və biz artıq 4 ildən artıqdır ki, Real Təhlil İnformasiya Mərkəzi vasitəsilə belə yalan və qarayaxma maşınları ilə mübarizə aparırıq. Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.