2018-ci il 11 aprel Azərbaycan Respublikası Prezidenti seçilməsi
Ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq 4 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olması ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımların atılması ilə xarakterik yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat vermiş oldu.Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib.
Bu mühüm məqam isə Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir.
Seçkilərdə qələbə qazandıqdan sonra Prezident cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu.
Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən bu günədək onlardan artıq 6200-ə yaxın şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin edilibdir.
Şəhid ailələri ilə görüşdə şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini vurğulayan Prezident cənab İlham Əliyev bundan iki gün sonra imzaladığı 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdünün 21 fevral 2019-cu il tarixli Fərmanla 220 manatdan 300 manata çatdırılması ilə davam etdi.
“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, deyə bəyan edən Prezident cənab İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb.
Cənab Prezident hələ Dövlət Neft Şirkətində Birinci vitse-prezident, Milli Məclisin deputatı kimi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmin Assambleyanın sədrinin müavini, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini kimi mühüm vəzifələrdə fəaliyyət göstərərkən, daim bir amala - doğma Vətənin dirçəlişinə və tərəqqisinə, milli maraqlara xidmət edib. Xalqın İlham Əliyevə yüksək etimadının təməlində məhz bu dəyişməz mövqe dayanır.
Bunun nəticəsi idi ki, 2003-cü il avqust ayının 4-də cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmuşdur.
Həmin ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində isə cənab İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin dəstəyini qazanaraq, prezident seçilmişdir. Ali kürsüdə fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan edən möhtərəm cənab Prezident ölkəmizə bu yolla böyük zəfərlər qazandırıb. O, Yeni Azərbaycan Partiyasının Sədri kimi də Ulu Öndərin ideya siyasi xəttini davam etdirərək, partiyanı ölkəmizin və regionun ən güclü siyasi təşkilatına çevirib.
Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndərin və cənab Prezidentin adı ilə sıx bağlıdır. Bu günün özəlliyini nəzərə alaraq, Milli Məclisin sədri son 18 ildə ölkəmizin qazandığı bir sıra mühüm uğurları diqqətə çatdırıb.
Sahibə Qafarova bildirib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin, tolerantlığın ünvanı kimi tanınır. Dövlətimizin başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb, ona böyük nüfuz qazandırıb. İnkişaf etmiş dövlətlərin sırasında layiqli yer tutan Azərbaycan 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Bu uğur ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, daim yüksələn statusunun göstəricisi idi. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün bu təşkilatın sədri seçilməsi də regional və beynəlxalq arenada söz sahibi kimi qəbul edilməsinin nəticəsidir. Möhtərəm Prezidentin təşəbbüsü ilə bu il noyabr ayının 28-də Madrid şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir sübutudur. Bu gün Azərbaycan qlobal mədəniyyətlərarası dialoqun, aparıcı siyasi platformaların reallaşdırıldığı ünvanlardan biridir.
Milli Məclisin sədri beynəlxalq əməkdaşlıq sahəsində cənab Prezidentin türk birliyinin daha da güclənməsi naminə yorulmaz və səmərəli fəaliyyətini xüsusi qeyd edərək diqqətə çatdırıb ki, bu il noyabrın 12-də möhtərəm Prezidentimizin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bu mühüm xidmətlərin nəticəsi idi.
Spiker vurğulayıb ki, son 18 ilin ən böyük uğurlarından biri Azərbaycanın sürətli, dinamik iqtisadi inkişafına nail olunması, ölkəmizin iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisə edilməyəcək səviyyəyə yüksəlməsidir. Müasir Azərbaycan bu gün regional və beynəlxalq miqyaslı iqtisadi layihələri həyata keçirən ölkədir.
Ülvi Rufullayev – Masallı rayon Binə Xocavar kəndi