AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sağlam məktəbli - Xoşbəxt gələcək” davam edir - Masallı - FOTO

  • + A
  • - A
  • 8-04-2022, 16:29

    “Sağlam məktəbli - Xoşbəxt gələcək” davam edir - Masallı - FOTO

    Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı növbəti maarifləndirmə tədbiri Masallı rayonunun Köhnə Alvadı kənd orta məktəbində təşkil edilib.

    Azadmedia.az xəbər verir ki, Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər paylanıb.

    Masallın Bioloji Təbabət Klinikasının əməkdaşları — loqaped Sevinc Tahirova, fizioterapevt-reabilitoloq Günel Nəsibova uşaqları müayinə etmiş, onlarda rast gəlinən qüsurlar haqqında valideynlərə məlumat veriblər.

    Məlumat üçün bildirək ki, interaktiv formatda keçirilən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

    “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.

    Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.





    ƏLİHÜSEYN ŞÜKÜROV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR