Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çepionatında iştrak edən Azərbaycan millisinin üzvlərini qəbul edib.
Dövlət başçısı görüşdə çıxış edib.
Çıxış zamanı məlum olub ki, bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə vətənə qayıtmışdılar.Görüş zamanı prezidentimiz qeyd edib ki, Avropa çempionatında idmançılarımız 16 medal qazanmışlar və sübut etmişlər ki, Azərbaycan bayrağı həmişə yüksəklərdə dalğalanır və dalğalanacaq da.Avropa çempionatında qazanılan 16 medaldan birini qadın idmançımız qazanmışdı, digər medalları isə sərbəst güləş və Yunan-Roma güləşi üzrə komandalarımız.Komandamız Avropada birinci oldu, əlbəttə,bu böyük uğurdur.
Prezident bir məsələni də diqqətə çatdırdı.Bir müddət bundan əvvəl prezident gənc güləşçilərimizi də qəbul etmişdir.Həmin görüşdə nəzərə çatdırılmışdır ki, bizim ölkəmiz qalib ölkədir və hər bir idmançı bunu unutmamalıdır.İdmançılarımızın uğuru bizi sevindirir. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yer tutmaq bir daha onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.
Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli ruhda böyüyüb tərbiyə almalıdır.Gənclərimiz milli dəyərlərimizə qiymət verməyi bacarmalıdır.Biz bütün qüvvəmizi sərf etməliyik ki, gənclərimizə doğru yolu göstərə bilək.
Bu gün bizim sevincimiz hədsizdir, çünki qələbə xəbərini almışıq.Bu siz gənclər üçün böyük və əlamətdar hadisədir.
Düşünürəm ki, hər bir Azərbaycan gənci öz əməyi ilə ölkəmizi daha da gücləndirir.Azərbaycan inkişaf edir və dünyada tanınır.
Ölkə başçısı görüş zamanı digər məsələlərədə toxunmuşdur.Yarış zamanı baş verənlər və idmançılarımızın öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər.
Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünün şahidi oldu və biz sübut etdik ki, biz hər sahədə öndəyik və bunu öz gücümüz,birliyimiz hesabına əldə edirik.
Ölkə rəhbəri sonda qələbə münasibəti ilə idmançılarımızı təbrik etdi və onlara yeni qələbələr arzuladı.
Şəhla Xəlilova - Masallı rayon Qızılağac kənd 1 saylı tam orta məktəbi