Aqil Ağayev: “Azərbaycan idmançılarının beynəlxalq yarışlarda növbəti uğuru“
Aqil Ağayev
Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Ölkəmiz yeni inkişaf mərhələsinə, hər birimizə məlum olduğu kimi 1993-cü il 15 iyun tarixindən sonra yəni Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə qədəm qoydu. Cəmiyyətin elə bir sahəsi tapılmazki bu tərəqqi yolundan geri qalsın. Məhz qısa zaman kəsiyində Azərbaycan adlı dövlətin varlığını dünyaya çatdıran, beynəlxalq arenada nüfuz sahibi olmaq üçün çox gözəl bir vasitə idman sahəsindəki uğurları göz ardı etmək mümkünsüzdü. 1993-cü ildə ölkəmizi xaricdə təmsil edən idmançılarla Ulu Öndərin görüşməsi, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1995-ci ildə bədən tərbiyəsinin kütləviliyinin artırılması, əhali arasında təbliğinin gücləndirilməsi məqsədilə imzalanan Fərman bu sahəyə olan diqqət və qayğının tərənnümüdür. Bu uğurlu siyasət təbii ki, günümüzdə də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdmanın müxtəlif sahələri üzrə Azərbaycan artıq bütün dünyada öz sözünü deməyi bacarıb. Məhz bu yarışlardan biri də Macarıstanda Güləş üzrə keçirilmiş Avropa çempionatıdır ki, bu yarışlarda iştirak edən, ölkəmizə 16 medalla qayıdan idmançılarla Cənab Prezident şəxsən görüşmüşdür. Bu gün artıq Azərbaycan idmançısı unutmamalıdır ki, qalib xalqı təmsil edir.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR