AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-nun İnnovasiyalar mərkəzi fakültələrdə tələbələrlə görüşlərə start verib - FOTO

  • + A
  • - A
  • 12-04-2022, 15:25

    ADAU-nun İnnovasiyalar mərkəzi fakültələrdə tələbələrlə görüşlərə start verib - FOTO

    ADAU-nun İnnovasiyalar mərkəzi fakültələrdə tələbələrlə görüşlərə start verib.

    Azadmedia.az - Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar mərkəzinin əməkdaşları Aqrobiznes və idarəetmə və Aqrar iqtisadiyyat fakültəsinin tələbələri ilə görüş keçiriblər.

    Görüşdə universitetin elm şöbəsinin müdiri Elçin Nəsirov, İnnovasiyalar mərkəzinin direktoru Könül Hüseynova və mərkəzin koordinatoru Elvin Ağayev çıxışlar ediblər.

    Görüş çərçivəsində tələbələrə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Aqrar Universitetinin innovasiya sahəsinə olan diqqəti, innovasiya və startapların günümüzdəki aktuallığı və İnnovasiyalar mərkəzinin fəaliyyəti haqqında geniş məlumat verilib.

    Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və tələbələr mərkəzin təlim fəaliyyətinə qoşulmaq üçün qeydiyyatdan keçirilib.

    ƏLİHÜSEYN ŞÜKÜROV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR