AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU tələbələri Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı barədə məlumatlandırılıb - FOTO

  • + A
  • - A
  • 14-04-2022, 10:39

    ADAU tələbələri Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı barədə məlumatlandırılıb - FOTO

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Dövlət Vergi Xidməti (DVX) tərəfindən 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunacaq ödənişsiz Yay Təcrübə Proqramının təqdimatı baş tutub.

    Azadmedia.az xəbər verir ki, təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Dövlət Vergi Xidmətinin İnsan Resursları baş idarənin rəisi Aytən Kərimova, Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, 11 saylı ƏVBİ-nin rəis müavini Qüdrət Məmmədov, universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, təhsil müəssisəsinin tələbə və magistrantları iştirak ediblər.

    Bildirilib ki, layihə tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır.

    İbrahim Cəfərov çıxışında son illərdə vergi sahəsində idarəetmənin səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirlərinin həyata keçirildiyini bildirib. Əmək bazarının müasir tələblərinə uyğun səviyyədə kadr hazırlığının həyata keçirilməsinin ali təhsil müəssisələri qarşısında duran başlıca vəzifələrdən biri olduğunu qeyd edən rektor bu istiqamətdə universitetdə görülən işləri diqqətə çatdırıb və Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramını müsbət dəyərləndirib.

    Layihənin paytaxtla yanaşı, regionlarda yerləşən ali təhsil müəssisələrini də əhatə etdiyini vurğulayan Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov proqramın rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından önəmini qeyd edib.

    Sonra çıxış edən İnsan Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova və Xidmətin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Qüdrət Məmmədov proqramda iştirak etmək üçün sənəd qəbulu barədə ətraflı məlumat veriblər və tələbələrin layihədə fəal iştirak edəcəklərinə əminliklərini bildiriblər.

    Təqdimatın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    ƏLİHÜSEYN ŞÜKÜROV











    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR