AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokunun C qrupu üzrə növbəti mərhələsi keçirilib - FOTO

  • + A
  • - A
  • 14-04-2022, 19:12

    Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə  “ZƏFƏR” kubokunun C qrupu üzrə növbəti mərhələsi keçirilib - FOTO

    Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə
    “ZƏFƏR” kubokunun C qrupu üzrə növbəti mərhələsi təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 14 aprel 2022-ci il tarixdə Boradigahqəsəbə İ.Nağıyev adına 2 saylı kənd tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər" kubokunun C qrupu üzrə Bədalan kənd tam orta məktəbin komandası, Bala Kolatan kənd tam orta məktəbin komandası, Sığdaş kənd tam orta məktəbin komandası, Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbin komandası, Böyük Kolatan S.Rzayev adına tam orta məktəbin komandası, Boradigah qəsəbə İ.Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbin komandası, Qızılavar kənd Ə.Mirzəyev adına tam orta məktəbin komandası,Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbin komandası mübarizə aparıb.

    Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında Bədəlan kənd tam orta məktəbinin “Xarıbulbul” komandası bütün rəqiblərindən güclü olaraq may ayında keçiriləcək final oyununa vəsiqə qazandı.

    Xatırladaq ki, 18 aprel 2022-ci il tarixdə Ərkivan qəsəbəsi Z.Nəcəfov adına 2 saylı tam orta məktəbdə D qrupunda yer alan məktəblər final oyununa vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

    ƏLİHÜSEYN ŞÜKÜROV




    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR