AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda mini-futbol üzrə rayon birinciliyi keçirilib

  • + A
  • - A
  • 18-02-2022, 21:16

    Masallıda mini-futbol üzrə rayon birinciliyi keçirilib

    Masallıda mini-futbol üzrə rayon birinciliyi təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 18 fevral 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılıgı ilə “Viləş” mini-futbol stadionunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş məktəblilər arasında Mini-futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

    10 komandanın iştrakı ilə təşkil olunmuş rayon birinciliyinin keçirilməsində məqsədin 26 fevral Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, rayonda futbol idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olub.

    Yarışın yekun nəticəsinə əsasən Masallı şəhər 4 saylı S.Tağıyev adına Digah tam orta məktəbin komandası birinci yerə, Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin komandası ikinci yerə, Ərkivan qəsəbə 2 saylı Z.Nəcəfov adına tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.

    Qeyd edək ki, rayon birinciliyində qalib gəlmiş komandalar təşkilatçılar tərəfindən diplomlarla mükaftalandırılıblar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR