AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb - FOTO

  • + A
  • - A
  • 16-04-2022, 20:04

    Cəlilabadda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb - FOTO

    Azadmedia.az - Cəlilabadda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası və məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi, regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Masallı, Yardımlı, Lerik rayonlarının və Lənkəran Şəhər İcra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri ilə görüş keçirilib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə çıxış edən komitə sədrinin müavini Sədaqət Qəhrəmanova respublika üzrə rayon, şəhər icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyətlərində “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcə də baş vermiş zorakılıq halları ilə əlaqədar cavab tədbirlərinin: hüquqi, sosial və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib. S.Qəhrəmanova məişət zorakılığının qarşısının alınmasında bələdiyyələrin, təhsil ocaqlarının rolu, həmçinin zorakılıq törədən və zorakılıq mühitində olan uşaqlarla müvafiq tədbirlərin həyata keçirilməsi barədə görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

    Görüşdə iştirak edən Biləsuvar, Masallı, Yardımlı, Lerik rayonlarının və Lənkəran şəhər Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının sədrləri – Elnarə Həsənova, Ləman Yüzbaşova, Aybəniz Qafarova, Arzu Vəliməmmədova və Rasilə Arifqızı çıxışlarında məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlərin sayı və bu sahədə görülmüş işlər, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər, o cümlədən nikahın pozulması, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi, aliment və digər hallara dair rayon icra hakimiyyətlərinə edilmiş müraciətlər barədə məlumatı diqqətə çatdırıblar.

    Görüş zamanı məişət zorakılığının qarşısının alınması zamanı ortaya çıxan problemlər və bu sahədə bir sıra məsələlər müzakirə edilib.
    ƏLİHÜSEYN ŞÜKÜROV




    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR