Azadmedia.az - 20 aprel 2022-ci il
Masallı rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının təşəbbüsü və iştirakı ilə talassemiyyalı və hemofiliya xəstələrə dəstək olaraq ümumrayon qanvermə aksiyası keçirilib.
Rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri və rayon sakinləri qana ehtiyacı olan insanlara kömək məqsədilə bu nəcib aksiyaya qoşulub.
Xüsusi tibbİ briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunmuş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Aksiya iştirakçıları bu kimi xeyriyyə tədbirinin keçirlməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdə kənarda qalmadığını bildirmişlər.
Aksiyada toplanan qan ən çox talessimiya xəstələrinin və qana ehtiyacı olan digər xədstələrə müalicə məqsədilə təmənnasız istifadə olunacaqdır.
Masallı RMX hemototransfiziologiya kabineti tərəfindən deyilir ki, aksiya səhər saat 9-dan başlayıb. Rayonun bütün əraziləri, idarə və müəsissələrindən, eləcə də rayon sakinlərindən könüllü qan vermək istəyənlər bu yaxşı və xeyirxah ənənəyə qoşulublar.
ƏLİHÜSEYN ŞÜKÜROV
Ülkər Piriyeva