AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada “Nəsillərin görüşü” adlı konfrans keçirilib - FOTO

  • + A
  • - A
  • 22-04-2022, 19:44

    Qubada “Nəsillərin görüşü” adlı konfrans keçirilib - FOTO

    Azadmedia.az xəbər verir ki, bu gün Quba şəhər Mədəniyət Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zona konfransı keçirilib. Zona konfransında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun digər rəhbər işçiləri, aidiyyati qurumların nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən əmək, müharibə və Silahlı Qüvvələr veteranları, o cümlədən 44 günlük Vətən müharibəsi qaziləri, tələbə və ziyalılar, Sərhəd Qoşunlarının, Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.

    Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Konfransı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıb. Konfrans iştirakçılarını salamlayan Cəlil Xəlilov, dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Həssas kateqoriyadan olan vətəndaşlara dövlət qayğısı fonunda Quba Rayon İcra Hakimiyyətinin gördüyü işlərə, həyata keçirdiyi layihələrə toxunan polkovnik Cəlil Xəlilov, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara cəmiyyətdə də böyük ehtiram göstərildiyini vurğulayıb.

    44 günlük Vətən müharibəsində veteranların, o cümlədən hər bir vətəndaşın Ali Baş Komandan ətrafında sıx birləşdiyini bildirən Cəlil Xəlilov, bu gün də veteranların Azərbaycan Respublikasının Prezidenti ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, son vaxtlar bəzi veteranların daşıdıqları statusdan sui-istifadəyə cəhd etməsi, dövlət qurumlarına təyziq göstərməyə çalışması, əsassız tələb və iddialar səsləndirməsi müşahdiə edilir ki, bu da təəssüf doğurur. Polkovnik qeyd edib ki, hər bir tələb və iddia qanuna əsaslanmalı, yalnız və yalnız hüquqi müstəvidə həll edilməlidir. Bu kimi neqativ halların cəmiyyətdə veteranlar haqqında mənfi fikirlərə yol aça biləcəyini söyləyən Cəlil Xəlilov, belə hallara qarşı birgə mübarizə aparmağın zəruriliyini qeyd edib: “Veteranlarımız sadəcə bu kimi neqativ hallara qarşı mübarizə aparmaqla kifayətlənməməli, həm də cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsi, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, gənc və yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından da fəal iş aparmalıdır. Müharibə dönəmində cəbhədə böyük qəhrəmanlıqlara imza atan gənclərim respublikamızın sosial-iqtisadi həyatında, o cümlədən Qarabağda aparılan böyük yenidənqurma işlərində də fəal olmalı, ön cəbhəəki qəhrəmanlıqlarını arxa cəbhədə öz əməkləri ilə təkrarlamalıdırlar”.

    Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial layihələrdən, şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib: “44 günlük Vətən müharibəsində Azərbaucan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qələbəyə, şanlı zəfərə imza atdı.


    İşğalçı erməni ordusu darmadağın edilərək rüsvayçı məğlubiyyətə uğradıldı. Bununla da Azərbaycan Respublikaısnın ərazi bütövlüyü təmin edildi. Hər zaman şəhid ailələrinin, müharibə veteranlarının yanında olan dövlət başçısı post-müharibə dönəmində də vətənin azadlığı uğrunda şəhid olanların ailələri, müharibə iştirakçıları ilə həmrəylik sərgilədi. Bu həmrəylik bu gün də davam edir. Şəhid ailələrinin, veteranların sosial problemlərinin həlli istiqamətində böyük layihələr həyata keçirilir. Bu baxımdan, Quba rayonunda da bir sıra mühüm işlər həyata keçirilir.

    Buna nümunə olaraq Quba rayonunda Azərbaycan-Türkiyə qardaşlıq parkının, o cümlədən “Media şəhidləri” parkının salınmasını göstərmək olar. Hava şəraitindən asılı olaraq, bəzi dərslərini məhz bu parklarda keçiilir. Azərbaycan-Türkiyə qardaşlıq parkında həm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, həm Türkiyə xalqının böyük oğlu Mustafa Kamal Atatürkün, o cümlədən hər iki qardaş dövlətin hazırkı dövlət başçılarının kəlamları yer alır. Bu park uşaq və yeniyetmələrə, gənc nəslə Azərbaycan-Türkiyə dostluğunu təbliğ edir.

    Yaxın günlərdə şəhid ailələrinin həyətlərinin abadlaşdırılması, onların evlərinə gedən yolların asfaltlaşdırılması prosesinə başlanılacaq. Şəhid ailəlrinin, veteranların problemlərinin həll edilməsi, onların sosial rifahının yüksəldilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün imkanlardan bundan sonra da maksimum istifadə olunacaq”.

    Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev xalqımızın Azərbaycan Respublikaısnın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi uğura imza atdığını vurğuladı: “44 günlük Vətən müharibəsi və bu müharibədə ədlə edilən qələbə sadəcə Azərbaycanın deyil, türk dünyasının ən şanlı qalibiyyətlərindən biridir. Azərbaycan Ordusu, Azərbaycan xalqı bu zəfərlə 200 illik erməni işğalına layiqli cavab verdi. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizmindən azad etməklə ərazi bütövlüyünü təmin etdi. Tarixi və hüquqi ədalət şanlı Azərbaycan Ordusunun cəsarəti və rəşadəti nəticəsində təmin edildi.

    Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə dövlət tərəfindən mütəmadi qayğı göstərildiyi, onların sosial rifahının yüksəldilməsinin dövlət siyasətimizin prioritet istiqamətlərindən bir olduğu hər kəsə məlumdur. Məlum kateqoriyadan olan vətəndaşlarımızın mənzil, avtomobil, sosial müavinətlərl təmin edilməsi, çoxsaylı güzəştlərdən yararlanması faktı buna nümunədir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün bəzi veteranlar, o cümlədən veteran adı daşıyan təşkilatlar əsassız iddia və tələblərlə çıxış edir, ictimai maraqlardan daha çox öz şəxsi maraqlarının müdafiəsinə çalışırlar. Təbii ki, bu kimi hallar cəmiyyətdə də narazılıq doğurur, veteran statusunun aliliyinə, müqəddəsliyinə kölgə salır. Hər bir veteran bu kimi arzuedilməz hallara qarşı mübarizə aparmalı, dövlətimizin şəhid ailələri, veteranlarla bağlı siyasətinə kimlərinsə kölgə salmasına imkan verməməlidir”.

    Konfransda çıxış edən şəhid ailələrinin nümayəndələri, müharibə əlilləri, 44 günlük Vətən müharibəsi iştirakçıları, QHT təmsilçiləri dövlətin şəhid ailələri və veteranlara dəstəyini yüksək qiymətləndirdiklərini, hər zaman olduğu kimi bundan sonra da milli maraqların keşiyində ayıq-sayıq dayanacaqlarını vurğulayıblar. Konfrans əsnasında şəhid ailərinin nümayəndələri, o cümlədən veteranlar həm də onları düşündürən, narahat edən məqamlara toxunub, üzləşdikləri problemlərdən birgə həll yollarının müzakirəsinə qoşulublar. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların göstərdiyi qəhrəmanlıqların təbliği istiqamətində də çoxsaylı təkliflər səsləndirilib.

    Daha sonra konfrans diskussiya formasında davam edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ondan çox şəhid anasının, müharibə veteranının suallarını cavablandırıb, onların müxtəlif məsələlərlə bağlı səsləndirdiyi təkliflər dinlənilib, ümumiləşdirmələr aparılıb.

    Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev konfransdan sonra şəhid ailələri və müharibə iştiraçkılarının təmsil olunduqları QHT-lərin nümayəndələri ilə görüşüb.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR