İsmayıllıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “Vitamin” özəl tibb mərkəzinin açılışı olub.
Azad media.az xəbər verir ki, açılış mərasimi İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
Belə ki, klinikanın təsisçisi Famil Bağıyev çıxış edərək qonaqları salamlayıb, sahibkarlara yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlığını bildirib.
Qeyd edib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir. O, həmçinin şəhid ailələrinin klinikada pulsuz müayinə və müalicə oluna biləcəyini də vurğulayıb.
Azadmedia.az kollektivi klinikanın işinə uğurlar arzu edir!