AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrinin bir qrup bakalavr və magistrları ilə görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 22-04-2022, 21:55

    Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrinin bir qrup bakalavr və magistrları ilə görüş keçirilib - FOTO

    Azadmedia.az - Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (HETİ) direktoru, dosent Mahir Hacıyev və institutun digər əməkdaşları ilə Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrinin bir qrup bakalavr və magistratura tələbələri arasında görüş baş tutub.

    Görüşdə Mahir Hacıyev Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tarixi, fəaliyyəti, qarşısında duran məqsəd və vəzifələri haqqında geniş məlumat verərək, ADAU-nun müvafiq ixtisaslarda təhsil alan bakalavr və magistr tələbələri üçün HETİ-də geniş təcrübə imkanlarının olduğunu diqqətə çatdırıb.

    Əlavə olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Aidə Əsgərova hal-hazırda magistratura təhsil pilləsinin II kursunda təhsil alan tələbələrin doktorantura təhsili üçün Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində açılmış plan yerlərinə də müraciət edə biləcəkləri barədə də məlumat verib.

    Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

    ƏLİHÜSEYN ŞÜKÜROV




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR