Qondarma erməni "soyqırımı"nın "107-ci ildönümü" ərəfəsində Azərbaycan Respublikası Laçın rayonunun ermənilərin 30 ilə yaxındır qanunsuz məskunlaşdığı Zabux kəndində də üzdəniraq "məşəl yürüşü" keçirilib.
AzadMedia.az moderator.az-a istinadla xəbər verir ki, Xankəndindəki erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda "Aqavno" adlandırılmış kənddəki qanunsuz "bələdiyyə"nin "Facebook" səhifəsində paylaşım edilib.
Hazırda Rusiyanın "sülhməramlı" hərbi kontingentinin himayəsində bəslənən erməni yaşlı və uşaqları əllərində “türkləşməyə yox!”, “yadda saxlayırıq və tələb edirik!” və digər bədnam şüarlar olan plakatlar tutub.
Məlumatda Laçın rayonu həyasızcasına "Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Kaşataq rayonu" ərazisi kimi təqdim edilib.
Zəruri xatırlatma:Moderator.az 44 günlük savaşdan öncə və sonrakı müddətdə dəfələrlə Laçın rayonunun Zabux kəndində ermənilərin qanunsuz məskunlaşdırıldığı, onlar üçün yeni evlər tikildiyi və onların “meri”nin Andranik Çavuşyan adlı bir Suriya ermənisi olduğunu yazıb. Həmin Andranik mütəmadi olaraq Rusiya hərbçilərinə belə, silahlarını təhvil verməyəcəkləri, “buranın onların vətəni olduğu və buradan heç yerə getməyəcəkləri, Azərbaycan əsgəri kəndə daxil olarsa, onun başını daşla əzəcəyi” və s. kimi təxribatçı və həyaszı bəyanatlar verir...
Onu da qeyd edək ki, 1919-cu ilin yazında xalq qəhrəmanı Sultan bəyin dəstələri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun da dəstəyi ilə məhz Zabux kəndi ərazisində təkqulaq terrorçu erməni generalı Andranik Uzunyanın çoxminli qoşununu darmadağın edib...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.