AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azad Azərbaycan" radiosunun yayımı dayandırılacaq

  • + A
  • - A
  • 25-04-2022, 18:17

    "Azad Azərbaycan" radiosunun yayımı dayandırılacaq


    25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

    Audiovizual Şuradan verilən məlumata görə, 20 aprel 2022-ci il tarixdə "Azad Azərbaycan" radiosunun efirində saat 19.00-20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb.

    Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR