Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub. İki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev səfərin çox səmərəli olacağını və yaxşı nəticələr verəcəyini qeyd edib.Daha sonra hər iki ölkənin prezidentləri arasında birgə əməkdaşlıq və dayanıqlı inkişaf naminə görüş keçirildi.
Görüşdə hər iki dövlət başçısının çıxışlarında ikitərəfli gündəlik, regional məsələlər barədə fikir mübadiləsi aparıldı. İnvestisiya layihələri ilə bağlı çox məsələləri müzakirə edildi. Geniş tərkibdə olan bu görüşdə nəqliyyat infrastrukturu ilə bağlı məsələlər də müzakirə olundu. Hal hazırda bütün dünyada nəqliyyat infrastrukturu vacib məsələ kimi baxılır. O cümlədən dövlət başçılarınn görüşündə bu məsələyə toxunulması hər iki ölkədə nəqliyyat infrastrukturunun dayanıqlı inkişafına zəmin yaradır.
Aprelin 20-də imzalanan bəyənatda olduqca vacib məsələlərdən biri də ticari-iqtisadi və kənd təsərrüfatı ilə bağlı məsələlər də müzakirə olundu. Ölkənin ticarət, iqtisadiyyat və əmtəə pul münasibətləri ilə müzakirədən gəlinən nəticələrə əsasən göstərişlər verildi və bu göstərişlərin həlli ölkələrarası ticari-iqtiadi məsələlərə müsbət təsir göstərəcək.
Görüşdə ölkələrarası beynəlxalq münasibətlərə də toxunuldu. Hər iki dövlət başçılarının çıxışlarına əsasən demək olar ki, beynəlxalq arenada ,həmçinin beynəlxalq təşkilatlarda hər zamann Qırğızıstan və Azərbaycan bir birini dəstəkləyən və qarşılıqlı əməkdaşlıq edən dost və qardaş ölkədir. Bu təşkilatlara BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Türk Dövlətlər Təşkilatını nüunə göstərmək olar.
Hər iki dövlət başçıları arasında istər təkbətək, istərsədə geniş miqyasda müzakirə olunan məsələlər, Qırğızıstan-Azərbaycan dövlətləri arasında qarşılıqlı əməkdaşlıq, davamlı inkişaf, dostluq, əməkdaşlıq zəminində inkişafı göstərir.
İradə İmanbəyli - Masallı rayon, Dəmirçi kənd ümumi orta məktəbi