Dünya azərbaycanlılarının V qurultayı başa çatıb. Bu qurultay “Şuşa qurultayı” və “Zəfər qurultayı” adlandırılır. “ Şuşa qurultayı” adı bu tədbirin keçirildiyi yerlə , Zəfər qurultayı adı isə bununla bağlıdır ki, bu qurultay 2020- ci il vətən müharibəsində Azərbaycan xalqının böyük zəfərindən sonra keçirilən ilk qurultay idi. Qurultayda 65 ölkədən 400 –ə yaxın qonaq iştirak edirdi. Diaspor hərakatının fəalları əvvəlcə Azərbaycan paytaxtına gəlib orada vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarında keçmiş şəhidlərin məzarları önünə, habelə müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın qələbəsinin təməlini qoymuş ümummilli lider Heydər Əliyevin məzarı önünə əklillər qoyublar. Heydər Əliyev vaxtı ilə demişdi ki, bir gün gələcək biz qurultaya Şuşada yığışacağıq həmin gün gəldi. 2001 - ci ildə Heydər Əliyevin böyük uzaqgörənliyi ilə dediyi sözlərin hökmən həyata keçəcəyinə əsla şübhə olmadığı kimi bu gündə şübhə yoxdur ki, bir gün gələcək bizim diaspor öz qurultayını azad Xankəndində keçirəcəyik.
Biz Zəngəzur dəhlizi ilə sərbəst gedərək, bir qurultayı da hökmən Naxçıvanda keçirəcəyik. Biz o günü görəcəyik ona görə ki, biz qalib xalqıq. Qurultaydan “Qarabağı bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” və digər müzakirələr təşkil edilmişdir.
Prezidentimiz öz çıxışını aşağıdakı kəlmələrlə bitirdi: "Biz öz torpağımızdayıq.Heç kəs bizi yolumuzdan döndərə bilməz.Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq".
Bu sözlər təkcə Prezidentimizin yox,bütün qurultay iştirakçılarının ,eləcə də mavi ekrandan onları izləyən Azərbaycan xalqının qəlbindən süzülən kəlmələr idi.
Şuşa qurultayı haqqında hələ çox danışılacaq,onun tarixi əhəmiyyəti yaddaşlara yazılacaq.
Əliyeva Xanım Rüstəm qızı
Mahmudavar kənd tam orta məktəbinin müəllimi