Aprelin 29 da Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və əmədaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi ölkəmiz üçün siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra dünya ölkələrinin çoxunun diqqət mərkzindədir və Azərbaycan bu ölkələrin maraq dairəsidir.Şuşada keçirilən konfransın başqa üstün cəhətlərindən biri də odur ki, şəhərin qədim tarixi gələn qonaqların marağına səbəb olur, digər tərəfdən də Ermənistaın işğalçı bir dövlət kimi tanınması faktı təstiqlənmiş olur.
Şuşada beynəlxalq tədbirin keçirilməsi artıq 2-ci dəfədir ki baş tutur. Vətən Müharibəsindən sonra Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevirilir, eyni zamanda Azərbaycan sülhün, nəinki öz ərazisində təmin edilməsi bütün regionda bərqarar olunmasında marağını göstərir.
Konfransda dünyanın nüfuzlu beyin mərkəzlərinin, eləcə də bölgə ilə yaxından tanış olan, onunla maraqlanan xarici ekspertlərin iştirakı ölkəmiz üçün çox əhəmiyyətlidir.
Məlumdurki beynəlxalq güclər hər zaman regionun zəyif ölkələrinin təsir altında saxlamağ çalışı. Ona görə Cənubi Qafqazda sülh hər zaman kövrək olur. Azərbaycana qonşu olan Ermənistan hər zaman sülhün bu regionda pozulması üçün əlindən gələni etməyə çalışır. Hər kəsə bəllidir ki Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlmaqla Qafqazda sülhə mane olumuş, regionun vacib mövqeyindən səmərəli şəkildə istifadəsini məhdudlaşdırmışdır.
Lakin Azərbaycan prezidenti İ.Əliyevin yürütdüyü uğurlu siyasət torpaqlarımızı işğaldan azad edərək regionun yeni inkişaf mərhələsinə qədəm qoymasına nail oldu. İndi Azərbaycan yalnız və yalnız irəliyə baxır və bütün qüvvəsini işğaldan azad edilmiş torpaqların bərpasına sərf edir. İndi Azərbaycan hər hansı bir dövlətlə əməkdaşlıq və inkişaf naminə yeni səhivə açmağa hazırdır.
Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparılmaqdadır. Bu ərazilərdə beynəlxalq tədbirin keçirilməsi Erməni vandallığını bütün dünyaya olduğu kimi sübut etdi.
Azərbaycan Cənubu Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib, ölkəmizdə sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxş edir. Buda Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib aminlərdəndir.
Şəhla Xəlilova – Masallı rayon Qızılağac kənd 1 saylı orta məktəbin müəllimi