AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycan xalqının sevgisini qazanmışdır

  • + A
  • - A
  • 10-05-2022, 12:52

    Ulu Öndər müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycan xalqının sevgisini qazanmışdır
    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərək bildirib ki, illər keçdikcə onların miqyasının genişliyi daha dərindən dərk olunur: “Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nüminəsidir. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Azərbaycan dili ilə bağlı tarixi təşəbbüsü və sair kimi mühüm addımlar Onun Vətən, torpaq sevgisini, xalqına bağlılığını nümayiş etdirirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Qurtuluşa aparan yolun ilk pilləsi kimi dəyərləndirilən bu qayıdışla və 1993-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli Lider andiçmə mərasimində bildirmişdir ki, bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycanın gələcək inkişafına sərf edəcəyəm.”

    Əliabbas Salahzadə qeyd edib ki, Ulu Öndər bütün həyatını Azərbaycanın gələcək inkişafına həsr etdi: “Adını tarixə Azərbaycanın müstəqilliyinin xilaskarı kimi yazan ümummilli lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı o illərin xaosundan, anarxiyasından xilas etdi, siyasi sabitliyin təminatçısı oldu. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilərək ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoyuldu. Ümummilli Lider ölkəmizə investisiya yatırmaq istəyən xarici iş admlarına yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin olmağa çağırışlar etmişdir.”

    “Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsidir. Ümummilli Lider dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi inkişafı təmin edildi, dünya iqtisadi sisteminə interasiyasının əsası qoyuldu. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana mühüm uğurlar qazandırır. Neft gəlirlərindən səmərəli istifadənin nəticəsidir ki, ölkəmizin hərtərəfli inkişafı üçün mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Ümummilli Liderin neft strategiyasının uğurları beynəlxalq maliyyə qurumlarının hesabtlarında da təqdir edilir. Azərbaycan ən islahatçı ölkələr sırasında qərarlaşıb”,-deyə millət vəkili vurğulayıb.

    Əliabbas Salahzadə onu da bildirib ki, Azərbaycana hansı sahədən baxsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik: “Azərbaycanın demokratik islahatlar, ordu quruculuğu, xarici siyasət, diaspor quruculuğu sahəsində qazandığı uğurlar tarixi Zəfərimizdə mühüm rol oynadı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırır. Tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə qazandıqlarının dünyaya təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoymaq gücümüzün, qüdrətimizin təqdimatı, Heydər Əliyev siyasətinin təntənəsi oldu.”

    Millət vəkili Ulu Öndərin yaradıcısı olduğu, Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının uğurlarından da bəhs edib: “YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandığı gündən milyonların sevgisini qazandı. 30 illik yol YAP-ın Ümummilli Liderin qeyd etdiyi kimi, dünənin, bu günün və sabahın partiyası olduğunu təsdiqləyir.”

    Əliabbas Salahzadə bu ümumiləşdirməni aparıb ki, ulu öndər Heydər Əliyev müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir: “Şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu öndər Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ideyaları Azərbaycanın dünəni, bugünü və gələcək inkişafının əsasıdır.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR