AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Şəhidi Elgün Mikayıllı doğum günündə yad edilib - FOTO

  • + A
  • - A
  • 14-05-2022, 15:58

    Masallı Şəhidi Elgün Mikayıllı doğum günündə yad edilib - FOTO

    Azadmedia.az - Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları, rayon ictimaiyyətinin nümayəndələri şəhid Mikayıllı Elgün Aqil oğlunun doğum günü münasibəti ilə şəhidin Xıl kəndində ailəsini və məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

    Ziyarət şəhid Elgün Mikayıllının ailə üzvlərinin yaşadığı evə baş çəkməklə başlanılıb.

    Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tarixi Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan şəhid Elgün Mikayıllının həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs edib. Onun xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıb.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR