Azadmedia.az - Erasmus proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müxtəlif fakültələrində təhsil alan bir qrup tələbəsi dünyanın müxtəlif universitetlərində təhsil alır, istehsalat təcrübələrində iştirak edirlər.
Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə ADAU arasında Erasmus+ proqramı çərçivəsində bağlanan müqaviləyə əsasən Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri Əli Verdiyev və Türkan Şahverdiyeva təhsilini əyani formada davam etdirmək üçün 2022-ci ilin fevral ayından Macarıstana, İtaliyanın Tuscia Universiteti ilə bağlanan eyni müqaviləyə əsasən Baytarlıq təbabəti fakültəsinin tələbəsi Nizami Məmmədov 2022-ci ilin mart ayından İtaliyaya göndəriliblər.
Rumıniyanın Banat Aqrar Elmlər və Baytarlıq təbabət Universiteti ilə ADAU arasında Erasmus+ proqramı çərçivəsində bağlanan müqaviləyə əsasən Aqronomluq və Baytarlıq təbabəti fakültələrinin tələbələri Gülçin Çiçitova, Yunis Nəbiyev və Hüseyn Məmmədov 2022-ci ilin fevral ayından Rumıniyaya göndəriliblər.
Həmçinin, Almaniyanın Vayştefan – Triesdorf Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında bağlanan müqaviləyə əsasən təcrübə proqramı çərçivəsində Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri Leyla Abbasova, Xədicə Abdullayeva, Əkbər Əliyev, Emir Nağıyev, Tükəzban Məmmədova və Aysel Aslanova istehsalat təcrübəsi keçmək üçün 2022-ci ilin aprel ayından Almaniya Respublikasına göndəriliblər. ƏLİHÜSEYN ŞÜKÜROV