AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas hədəfimizdir - ÖZƏL

  • + A
  • - A
  • 22-05-2022, 20:46

    Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas hədəfimizdir - ÖZƏL


    18 may 2022-ci il tarixdə Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak ediblər. Ölkəbaşçıları forumda çıxış ediblər. Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır. İkitərəfli münasibətlərin 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır. Bu fikirləri Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevilə görüşlərindən sonar mətbuata bəyanatında söyləyib.

    “Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Biz 10 milyardlarla birbaşa xaric iinvestisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsidə çox vacibdir.” Azərbaycan Prezidenti bubarədə Azərbaycan-Litva biznes forumundakı çıxışında demişdir. Prezident qeyd etmişdir ki, investisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpa olunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsas prioritet olduğunu qeyd edib. Enerji sektorunun ənənəvi olaraq bizim istisadiyyatımızda aparıcı sector olmuşdur. Biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çox saylı boru kəməri sistemini yekunlaşdırmışıq. Əlbəttəki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olann eftsektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir”, - deyə dövlətimizin başçısı vurğulayıb. “Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qazs ektoruna investisiya qoyulurdusa, indi biz bərpa olunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrikstansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdırki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir", - deyə Prezident İlham Əliyev bildirib.

    Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, olabilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi.

    BMT-ninTəhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrin iölkəmiz özü icra etdi;
    İndi Azərbaycan ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzədir. İşğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımıza onların əsl sahibləri geri dönəcək və Azərbaycanın daha da çiçəklənməsi var-gücü ilə çalışacaqlar.

    Arif Mehtiyev – Masallı rayon Bədəlan kəndi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR