Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan türkiyəli tələbələrlə görüş keçirilib.
Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, müvafiq fakültə dekanları, kafedra müdirləri və tələbələr iştirak ediblər.
Çıxış edən İbrahim Cəfərov Aqrar Universitetin Türkiyə universitetləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Rektor həmçinin, Türkiyənin EGE Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı haqqında da danışıb.
Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk türkiyəli tələbələrlə görüşlərin mütəmadi keçirildiyini bildirərək bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra tələbələrin fikir və təklifləri dinlənilib, sualları cavablandırlıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.