AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar Universitetdə Türkiyədən olan tələbələrlə görüş keçirilib

  • + A
  • - A
  • 20-10-2021, 21:45


    Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində Türkiyədən olan və bu təhsil müəssisəsində təhsil alan tələbələrlə görüşüb.

    Görüşdə iştirak edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonağa ADAU-nun Türkiyə universitetləri ilə sıx əməkdaşlıq etdiyini və Ege Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramının uğurla həyata keçirildiyi barədə məlumat verib.

    Zeki Öztürk burada təhsil alan türk tələbələrin vəziyyəti ilə maraqlanaraq onlara öz tövsiyyələrini verib. Bildirilib ki, qarşılıqlı tələbə mübadilələri hər iki dövlət arasında təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.

    Tələbələr universitet rəhbərliyinin onlara qayğı göstərdiyini və daim diqqət mərkəzində olduqlarını bildiriblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR