Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib:
“Müşahidə Şurasının sədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
“Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqının sədri
Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü
“Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın İdarə Heyətinin üzvü”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.