Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda sursat partlayıb.
AzadMedia.az apa-ya istinadən xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.
Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.
“Bir nəfər Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.