Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ölkə üzrə həyəcan siqnallarının ardı-arası kəsilmir. Gərginlik davam edir:
“Donetsk vilayətinin bir neçə kəndində insanlar mühasirəyə düşüblər. Bildirilir ki, onların arasında Ukrayna vətəndaşı olan azərbaycanlılar da var. Gün ərzində onların kimliyi barədə məlumat almağa çalışacağıq”.