AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erdoğan: “Turkish Airlines deyil, Türk Hava Yolları yazacağıq” - SON DƏQİQƏ

  • + A
  • - A
  • 14-06-2022, 23:09

    Erdoğan:  “Turkish Airlines deyil, Türk Hava Yolları yazacağıq” -
    “Bundan sonra təyyarələrimizin gövdəsinə Turkish Airlines deyil, Türk Hava Yolları yazacağıq”.

    Azadmedia.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Erdoğan Türksat 5B peykinin istismara verilməsi mərasimində çıxış edib.

    O həmçinin “Kosmos haqqında düşünəndə gənclik illərində baxdıqları kosmik filmləri düşünənlər üçün pis xəbərimiz var. Türk mühəndisləri tərəfindən hazırlanmış yerli və milli müşahidə peykimiz İMECE-ni 2023-cü ilin yanvarında, TÜRKSAT 6A-nı isə 2023-cü ilin ortalarında orbitə buraxırıq. Beləliklə, kosmosdakı vasitəmiz 10-a yüksələcək. Ölkəmizi layiq olduğu yerə çatdırmaq üçün addımlar atırıq. Yeni nəslin kosmik texnologiyalara marağı bizə ümid verir. Teknofest nəsli gənclərimiz öz layihələri ilə kosmosu fəth etməyi planlaşdırırlar. Teknofest-in ilk təşkil edildiyi 2018-ci ildən gəldiyi nöqtədə nəyə nail ola biləcəkləri göz qabağındadır. Başladığımız rəqəmsal mobilizasiya ilə ölkəmizi blok zincirdə qədər lider mövqeyə daşıyırıq,” - deyə bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR