AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı idmançısı dünya çempionatının qızıl medalını qazandı

  • + A
  • - A
  • 16-06-2022, 13:07

    Masallı idmançısı dünya çempionatının qızıl medalını qazandı

    Masallı idmançısı dünya çempionatının qızıl medalını qazandı

    Azadmedia.az -
    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi, Masallı idmançısı İsrafilov Vəli Rəşadət oğlu daha bir yeni uğura imza ataraq, Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanmışdır. O, 100 metrəyə brass növündə 1.05:66 nəticə göstərmişdir.

    İdmançımızı təbrik edirik!

    İsrafilov Vəli Rəşadət oğlu
    İsrafilov Vəli Rəşadət oğlu 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuşdur. 2006-cı ildə ailəsi ilə birlikdə doğma vətəni Azərbaycan Respublikasının Masallı rayonunun Köhnə Alvadı kəndinə qayıtmışdır. 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olmuş, sonradan isə orta təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinifi bitirmişdir. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika faklutəsinə daxil olmuş, hazırda ikinci kurs tələbəsidir.
    İsrafilov Vəli Rəşadət oğlu uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlamışdır. Artıq 10 yaşında olarkən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülmüş və Milli komandanın məşqçilərinin rəğabətini qazanmışdır. 12 yaşında artıq “İdman Ustalığı”na namizəd olmuş və Milli komandaya cəlb edilmişdir. İsrafilov Vəli Rəşadət oğlunun az yaşı olmasına baxmayaraq dəfələrlə Beynəlxalq yarışlarda uğurla çıxış etmişdir. Serbiya , Slovakiya , Macarıstan, Türkiyə və s. Ölkələrində keçirilən yarışlardan dəfələrlə Azərbaycan Respublikasının üçrəngli bayrağını uca zirvələrdə dalğalandırmışdır.

    Vəli İsrafilov 2016-ci ildə keçirilən IV İslam Həmrəylik Oyunlarına lisenziya qazanmış və yarışda iştrak edən ən kiçik yaşlı idmançı olmuşdur. Bu yarışlarda yarımfinala qədər yüksəlmiş və sonda 11-ci yerdə qərarlaşmışdır.
    İsrafilov Vəli Rəşadət oğlu 15 yaşında “İdman ustası” normativini doldurmuşdur. İsrafilov Vəli Milli Olimpiya komandası ilə yanaşı həmdə Milli Paraolimpiya komandasınında üzvüdür.
    2019-cu ildə Vəli Londonda keçirilən üzgüçülük üzrə Dünya Çempionatında III yerə layiq görülmüş və Tokiyoda keçirilən Paraolimpiya Oyunlarına lisenziya qazanmışdır.
    2021-ci ildə “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz, həmçinin bu nəticə ilə Paralimpiya rekordu müəyyənləşdirib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR