AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Şəhidi Zeynal Şahhüseynli ildönümündə yad edilib - FOTO

  • + A
  • - A
  • 16-06-2022, 15:22


    Masallı Şəhidi Zeynal Şahhüseynli ildönümündə yad edilib - FOTO

    Masallı Şəhidi Zeynal Şahhüseynli ildönümündə yad edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon İcra Hakimiyəti Başçısı Şahin Məmmədov, YAP Masallı RT sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanları rəhbərləri və rayonun struktur rəhbərləri Şəhid Zeynal Şahhüseynlinin ildönümündə iştirak ediblər.

    Belə ki, ildönümü iştirakçıları Şəhidin məzarını ziyarət edib, gül dəstələri qoyub, Zeynal Şahhüseyinli və bütün şəhidlərimizin ruhlarına dualar oxuyub, onlara Uca Tanrıdan rəhmət diləyiblər.

    İcra başçısı, şəhidin valideyinlərinə öz dərin ehtiramını bildirərək onlara başsağlığı verib, arzu və istəklərini dinləyib. İcra başçısı Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini daim yaşadacağına, onların adlarının yaddaşlarımızdan silinməyəcəyinə əminliyini ifadə edib.

    Həmçinin, ildönümündə iştirak edən millət vəkili Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev Şəhidin atasına və yaxınlarına millət vəkili adından baş sağlığı verib, hörmət və ehtiramını bildirib.

    Qeyd edək ki, Şahhüseynli Zeynal Fizuli oğlu 17 may 1998-ci ildə anadan olub, 16 iyun 2021-ci ildə şəhadətə yüksəlib! Vətən müharibəsi şəhididir.

    Dərin hörmətlə anırıq! Allah rəhmət eləsin!







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR